Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ayın tədqiqi tarixində bir ilkə hazırlıq gedir
---

Ayın tədqiqi tarixində bir ilkə hazırlıq gedir

Çinin "Chang`e-6" zondu 2024-cü ildə qrunt toplamaq üçün Ayın qaranlıq tərəfinə göndəriləcək. Bu, Yerin təbii peykinin kəşfiyyatı tarixində ilk belə layihə olacaq.


Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) xəbər yayıb.


Bildirilir ki, hazırda Ayın tədqiqi proqramı üçün "Chang`e-6" missiyasının inkişafı plana uyğun olaraq davam edir.


Buraxılış təxminən 2024-cü ilə planlaşdırılır.
Hesabatda, həmçinin qeyd olunur ki, Ayın qaranlıq tərəfindən ilk dəfə qrunt toplanacaq. İndiyədək toplanan bütün nümunələr Yerin peykinin görünən hissəsindən götürülüb.


Zondun eniş yeri kimi Cənub Qütbü - Eytken hövzəsindəki ərazi seçilib.


Zond "Queqiao-2" peyki ilə müşayiət və idarə olunacaq.(oxu.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma