Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Sabahın süni intellektinə hazır olmalıyıq!
---

Sabahın süni intellektinə hazır olmalıyıq!

Böyük Britaniya baş nazirinin müavini Oliver Douden Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında çıxışında süni intellektin imkan və təhlükələrinə toxunub.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Süni intellektin "dünyanın bildiyi ən böyük çevrilmə" olduğunu ifadə edən Douden, hökumətlərin vəzifəsinin bu çevrilməni tez bir zamanda anlamaq, qavramaq və idarə etməyə çalışmaq olduğunu ifadə edib. "Biz bugünkü süni intellektlə tez tanış oluruq, lakin biz sabahkı süni intellektə hazırlaşmalıyıq", - Douden bildirib.


Douden, süni intellektin "yaxşılıq və ya şər üçün bir vasitə" olması ilə bağlı müzakirələrə toxunub. Onıarın birlikdə işləyə biləcəklərini və süni zəkanı hər kəs üçün təhlükəsiz edə biləcəklərini deyib.


Douden Noyabrın 1 və 2-də İngiltərənin ev sahibliyi edəcəyi dünyanın ilk "Süni İntellekt Təhlükəsizliyi Zirvəsi" haqqında danışıb. "Zirvədə ən ekstremal risklər və dünyanın necə davranması lazım olduğuna dair ortaq anlaşmaya nail olmaq məqsədi daşıyacaq. Onlarla qarşılaşmaq və eyni zamanda, təhlükəsiz süni intellektin ictimaiyyətə açıq olmasını təmin etmək məqsədi daşıyacaq." Douden fikirlərini tamamlayıb.


Son olaraq, Douden qeyd edib ki, kreativlik və innovasiyalar, eləcə də süni intellektin təhlükəsiz olması üçün qaydalar və şəffaflıq mədəniyyəti lazımdır.


Sevda Səfərova
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma