Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Siqaret və spirtli içki bu insanlarda daha erkən ölümə səbəb olur
---

Siqaret və spirtli içki bu insanlarda daha erkən ölümə səbəb olur

Finlandiyada aparılan bir araşdırmada gecə gec yatan insanların daha tez öldüyü, lakin ölüm səbəbinin yuxu saatlarından çox siqaret və spirtli içki qəbulu ola biləcəyi ortaya çıxıb.
MAY.AZ türk mediasına istinadən xəbər verir ki, gec yatanların spirt və siqaret istehlakı ilə vaxtından əvvəl ölüm arasındakı əlaqəni araşdıran araşdırmada 1981-2018-ci illər arası məlumatlar qiymətləndirilib.
Bildirilib ki, 2018-ci ildə 8728 iştirakçı həyatını itirib. Gecələr aktiv olan insanların ölüm nisbəti gündüz aktiv olanlardan 9 faiz çoxdur.
Yuxu rejiminin ölüm nisbətinə təsirinin çox az ola biləcəyini deyən Hublin, gecə gec yatan insanlar ilə ölüm nisbəti arasındakı əlaqənin böyük ölçüdə tütün və spirt istehlakından qaynaqlandığını bildirib.
Araşdırmanın nəticələri "Chronobiology International" jurnalında dərc olunub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma