Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Göbəkdə yaşayan bakteriyalar – Necə təmizləməli?
---

Göbəkdə yaşayan bakteriyalar – Necə təmizləməli?

Biz mütəmadi olaraq qulaqlarımızı, burnumuzu, dırnaqlarımızı və bədənimizin digər hissələrini təmizləyirik. Bəs göbək nə vaxt təmizlənməlidir sualı yəqin ki, çoxlarımızı düşündürür.


"Medicina" xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, ksər insanlar göbəyini yumaqdan qorxur, ürpənir və ya yadına belə düşmür.


"Duş geli və bədənə axıdılan suyun göbəyinizi lazımi qaydada təmizləyəcəyinə ümid etmək olmaz.


Göbək bakteriyaların və tozların yığıldığı bir boşluqdur. Bədənin mərkəzi deşilirsə, ikiqat gigiyena tələb olunur, əks halda xoşagəlməz qoxular və infeksiyalar yarana bilər.
Hər şeydən əvvəl, göbəyi hərtərəfli təmizləməlisiniz, çünki bu bölgədəki dəri çox həssasdır və nəticədə hətta çapıq qalır.


Göbək həftədə bir dəfə sabunlu su, kosmetik salfet və ya pambıq çubuqla çöküntüdən, kirdən təmizlənməlidir.


Bundan əlavə, bakteriyaların böyüməsinin qarşısını almaq üçün göbək quru saxlanmalıdır. Göbək dəliyinə hansısa maye, yandırıcı vasitə, spirt tökmək olmaz".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma