Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Aftandil İsrafilov vəfat etdi
---

Aftandil İsrafilov vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət" ordenli Aftandil İsrafilov dünyasını dəyişib.
Qeyd edək ki, Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakıda anadan olub. O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. A. İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma