Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib
---

İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib

Hollivud ulduzu Al Paçino illər əvvəl "Star Wars" filmlərində olan Han Solo rolundan imtina etdiyini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı aktyor layihənin süjetini başa düşməyib və onu bəyənməyib. Hətta Al Paçinoya bu rol üçün yüksək məbləğ təklif olunsa da, o, bu obrazdan imtina edib.
"Lazım gələrsə Kraliça II Yelizaveta rolunu belə oynayaram. Amma Ulduz Döyüşlərində Han Solo rolunu yox. Çünki filmin nədən bəhs etdiyini heç başa düşmədim. Mənə çoxlu qonorar təklif edildi. Ancaq etiraf edim ki, bu ssenari mənlik deyildi", - deyə aktyor bildirib.
Al Paçino zarafatca Han Solo obrazını canlandıran aktyor Harrison Fordun karyerasının ona borclu olduğunu bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma