Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Estoniya ilə Çin arasında gərginlik: Səfir XİN-ə çağırılacaq
---

Estoniya ilə Çin arasında gərginlik: Səfir XİN-ə çağırılacaq

Estoniya Fransada keçirilən toplantıda Sovet İttifaqı ölkələrinin suverenliyi ilə bağlı ziddiyyətli fikirlər söylədiyinə görə Tallindəki çin səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və diplomatdan izahat tələb ediləcək.
Bu barədə Estoniyanın XİN başçısı Marqus Tsahkna məlumat verib.
"Çin Xalq Respublikası nümayəndəsinin belə fikirlər səsləndirməsi təəssüf doğurur. Bu mövqe anlaşılmazdır", - deyə Marqus Tsahkna vurğulayıb.
Xatırladaq ki, ötən gün Çinin Fransadakı səfiri Lu Şae Sovet ölkələrinin suverenliyini şübhə altına alıb.
O deyib ki, keçmiş sovet ölkələrinin beynəlxalq hüquqda effektiv statusu yoxdur, çünki onların suveren ölkə statusunu reallaşdıracaq beynəlxalq müqavilələri mövcud deyil.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma