Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Afra Saraçoğlu ilə Çağatay Ulusoy sevgili oldu
---

Afra Saraçoğlu ilə Çağatay Ulusoy sevgili oldu

Türkiyənin tanınmış aktrisası Afra Saraçoğlunun məşhur aktyor Çağatay Ulusoyla eşq yaşadığı iddia edilir.
"Qafqazinfo" "Ensonhaber"ə istinadən xəbər verir ki, Blu TV-də yayımlanan "Yeşilçam" serialında birlikdə rol alan ikilinin münasibəti yaranıb.
Bir müddət əvvəl verdiyi müsahibədə "Çağatayla enerjimiz gözəl tutdu", - deyən Afra Saraçoğlunun sözləri də gündəm olmuşdu.
Xatırladaq ki, A. Saraçoğlu 4 il sevgili olduğu aktyor Mert Yazıcıoğludan bir müddət əvvəl ayrılıb. Ayrılığa səbəb kimi Saraçoğlunun çəkildiyi "Yalı Çapkını" serialında tərəf müqabili Mert Ramazan Demirlə eşq yaşaması iddiası olub.
Ç. Ulusoy isə aktrisa Duyğu Sarışınla 6 illik münasibətini yanvarda bitirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma