Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Orucun sağlamlıq üçün - Faydaları
---

Orucun sağlamlıq üçün - Faydaları

Elmi tədqiqatlar göstərir ki, oruc bədən üzvlərinin dincəlməsinə və onların bərpasına imkan verir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oruc tutmağın insan sağlamlığı üçün bir sıra faydaları vardır.
Gəlin, həmin faydalarla tanış olaq:
Oruc zamanı orqanlar dincəlir:
Oruc tutanda orqanlar dincəlmək və özünü təzələmək imkanı qazanır. Yeməkdən imtina etmək insan orqanizmi üçün yenilənməyə yol açır. Oruc zamanı ürək gündə 15 min dəfədən az döyünür və istirahət edir.
Oruc həmçinin, qaraciyər, mədə və bağırsaq sistemi üçün olduqca faydalıdır

Şəkər və təzyiq kimi bir çox xəstəliklərin qarşısını alır:

Mütəmadi olaraq oruc tutan insan başqa vaxtlarda balanslı qidalansa, şəkər və təzyiq kimi bir çox xroniki xəstəliyə tutulma riskindən qaçar.

Oruc tutmaq xərçənglə mübarizədə də olduqca effektivdir:
Oruc xərçəng kimi ağır xəstəliklərin qarşısının alınmasına kömək edir. Belə ki, oruc zamanı bədəndə olan zərərli maddələr də yox olmağa başlayır. Bu da xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.


Həmçinin, oruc insanların psixoloji durumuna təsir edir:
Yeməkdən imtina etmək insanın mənəvi sağlamlığına da təsir edir və onun psixoloji vəziyyətinin daha balanslı olmasına yol açır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma