Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "WhatsApp"da YENİLİK: Kimin hansı qrupda olduğunu biləcəksiniz
---

"WhatsApp"da YENİLİK: Kimin hansı qrupda olduğunu biləcəksiniz

"WhatsApp" sosial platformasında iki yeni funksiya yaradılıb.
Bizim.Media xəbər verir ki, yeni funksiyalardan biri whatsapp qrupuna qoşulacaq şəxslərin qrup adminləri tərəfindən qəbul və ya rədd edilməsini əhatə edir.
Yeni funksiya hər kəs üçün əlçatan olacaq. Beləliklə, istifadəçinin müvafiq qrupa dəvət linki olsa belə, qoşulmadan əvvəl adminin təsdiqini gözləməli olacaq.
İkinci funksiya isə telefon kitabçasındakı şəxslərin hansı qruplarda olduqlarını görməyə imkan verəcək.Bunun üçün sadəcə "WhatsApp" axtarış nəticələrinə şəxsin adını yazmaq kifayətdir.
Qeyd edək ki, şirkət yeniliklərin yaxın həftələrdə istifadəyə verilməyə başlayacağını bildirib.
Bunun üçün isə tətbiqi sadəcəyeniləmək bəs edəcək.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma