Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Abşeron Milli Parkına marşrut xətti açılır
---

Abşeron Milli Parkına marşrut xətti açılır

"Martın 23-dən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır".
Bu barədə parkın direktoru Etibar İbrahimov özünün "Facebook" səhifəsində paylaşım edib.
O bildirib ki, ayın 23-dən etibarən metronun "Koroğlu" stansiyası - Abşeron Milli Parkı - "Koroğlu" stansiyası istiqamətində yeni avtobus xətti müntəzəm fəaliyyətə başlayır:
"Avtobus marşrutu martın 23-dən martın 26-dək Novruz tətili günlərində fəaliyyət göstərəcək. Sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək. Bir istiqamətdə uzunluğu 68 km təşkil edən xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da metronun "Koroğlu" stansiyasından yola düşəcək. Saat 16:30-da isə Abşeron Milli Parkından geri qayıdacaq". (Oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma