Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Novruz da "Halloween" kimi əcnəbidən gəlsəydi..."
---

"Novruz da "Halloween" kimi əcnəbidən gəlsəydi..."

Müğənni Murad Arif Novruz bayramına lazımi diqqətin ayrılmadığını vurğulayıb.
OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda paylaşım edib.
"Bayramların ən qədimlərindən, ritualların ən anlamlı olanından, bizi hərtərəfli ifadə edən, dünyaya səs sala biləcək Novruz bizim üçün "Yeni il" qədər önəmsənmir sanki…
Ən azı telekanalların Yeni il çəkilişləriylə Novruz konsertlərinin fərqinə, şəhərdəki ab-havaya, mədəni tədbirlərə və s. baxın...
Novruzda bizə nə göstərirlər? Kosa, keçəl, yumurta döyüşləri, zurna konsertləri. Onları da fəlsəfəsinə, anlamına dəyər qatmadan, özfəaliyyət, çığır-bağır və qıcıq oyadan bir üslubda.
Düşünsək, çərşənbələr özlüyündə bir "Disney", "Pixar" filmlərinin mövzusudur. Təamlarındakı rəmzlər ayrı məqamdır ki, o təamlara qonşu xalqların iddiaları bitmir. Siz hələ od ilə biosahəmizin, çakralarımızın təmizlənməsindən danışın... Siz astroloji cəhətlərindən danışın Novruzun. Atəşpərəst tariximizi yaşatmaqdan danışmıram heç.
Bir anlıq düşünün ki, Novruz kimi bir bayram ermənilərdə, gürcülərdə ola...
Məncə, Novruz da "Halloween" kimi əcnəbidən gəlsəydi, münasibətimiz başqa olardı. Niyə bu qədər əziyik axı?! Novruz Azərbaycandır!", - deyə, Murad bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma