Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Valideynlərindən 32 min manat "qoparmaq" üçün görün nə oyun çıxartdı
---

Valideynlərindən 32 min manat "qoparmaq" üçün görün nə oyun çıxartdı


Nigeriyanın Abeokuta şəhərinin 28 yaşlı sakini Sequn Mafimidovo valideynlərindən külli miqdarda pul almaq üçün hiyləyə əl atıb və özünün oğurlanmasını "təşkil edib".
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Trust" yazır.
Belə ki, Sequn dostları ilə razılaşıb və silahlı cinayətkarlar tərəfindən qaçırıldığını deyərək, valideynlərindən 8 milyon Nigeriya nayrı (təxminən 32 min manat) tələb edib, yalanının sübutu kimi isə onlara əlləri bağlı halda çəkdirdiyi saxta şəkilləri göndərib.
"Oğrular" Mafimidovonun valideynlərinə fidyə olaraq pul köçürmələri üçün hesab nömrəsi göndəriblər. Lakin polis texniki istintaq apardıqdan sonra bunun Sequnun özünün və dostlarının oyunu olduğu üzə çıxıb.
Natəvan Baxşiyeva
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma