Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Cəmi 5 dəqiqəyə yuxuya getmək üçün SADƏ ÜSUL
Maraqlı / Lifestyle

Cəmi 5 dəqiqəyə yuxuya getmək üçün SADƏ ÜSUL

Həkim və yuxu eksperti Tim Bond 5 dəqiqəyə yuxuya getməyin sirrini açıb.

BiG.AZ xəbər verir ki, onun məsləhətlərini "Daily Mirror" dərc edib.

.
Gözünə yuxu getməyənlərə Bond sadə məşqi tövsiyə edib.

Bunun üçün yataqda oturmaq yaxud uzanmaq və üz əzələlərindən tutmuş bütün əzələləri boşaltmaq lazımdır. Daha sonra gərginliyi aradan qaldırmaq üçün çiyinləri və qolları aşağı salmaq, döş qəfəsini yavaşca boşaldaraq nəfəs vermək, ayaqları da boş tutmaq və bütün bədən rahatlaşanadək bunu etmək gərəkdir.

Bundan sonra həkim beyindən bütün fikirləri atıb özünü eyvanda dənizə baxarkən. yaxud dənizdə kürək üstə üzərkən təsəvvür etməyi məsləhət görüb.

"Bunlar da kömək etməsə, özünüzə "düşünmə, düşünmə" deyib təkrarlayın və 10 saniyəyə yuxuya gedəcəksiniz", - deyə Bond vəd edib.

Sadalananlardan əlavə, həkim qeyd edib ki, yaxşı yatmaq üçün günü düzgün planlamaq lazımdır. Həmçinin, fiziki aktivliyi unutmamaq gərəkdir. Onun sözlərinə görə, yoqa, su vannaları və audiokitab dinləmək də faydalı ola bilər.

Natəvan Baxşiyeva

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma