Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » İran üçün şok: "İslamçı" yazar İsrail casusu imiş - VİDEO
Son xəbərlər

İran üçün şok: "İslamçı" yazar İsrail casusu imiş - VİDEO

"Azad İran" "YouTube" kanalı İran mətbuatında və sosial şəbəkələrin İran seqmentində haqqında ən çox danışılan Katrin Şakdam adlı xanım barədə süjet hazırlayıb.
Belə ki, Beynəlxalq media qurumlarında və araşdırma mərkəzlərində bir təhlilçi, jurnalist və siyasi şərhçi kimi yaxşı tanınan həmin xanımın adı bu dəfə tamam başqa kontekstdə - İran hakimiyyəti və rəsmi mediası ilə əlaqələri müstəvisində hallanmaqdadır.
O, Fransada bir yəhudi ailəsində dünyaya gəlib və daha çox İngiltərədə yaşayıb.
K.Şakdamın bir çox nüfuzlu media orqanlarında çoxsaylı məqalələri dərc olunub.
Daha sonra onun İranla münasibətləri soyuyub və məqalələri silinib.
Ötən il isə "Time of İsrael" qəzetində K.Şakdamın böyük məqaləsi dərc olunub. Burada şərhçi İran hakimiyyətinin bəzi planlarını açıqlayıb.
Bundan sonra bir çox İran siyasətçisi onu İsrailə casusluq etməkdə ittiham edib.
Daha ətraflı süjetdə:
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma