Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Metronun nə zaman fəaliyyətə başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA
Son xəbərlər

Metronun nə zaman fəaliyyətə başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA


Bir neçə aydır ki, Azərbaycanda koronavirus pandemiyasına görə metronun fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Operativ Qərargahın qərarına görə ümumi karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Lakin yanvarın 25-dən bərbərxanalar, gözəlik salonları və rayonlara gediş-gəliş bərpa olundu. Fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib. Lakin Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Fevralın 15-dən ali məktəblərin açılması ilə bağlı metronun da fəaliyyətinin bərpa edilməsi ilə bağlı iddialar səsləndirlir. Azərbaycanda metro fəaliyyətini nə zaman bərpa edir?


BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun nə zaman açılacağı ilə bağlı rəsmi qərar yoxdur:


"Bu barədə Operativ Qərargah tərəfindən hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat daxil olmayıb. Konkret olaraq karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma