Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Son xəbərlər

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.
Nazirlikdən BiG.AZ-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 25-i şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma