Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda maşınla vurulan 8 yaşlı uşaq öldü - Video
Son xəbərlər

Bakıda maşınla vurulan 8 yaşlı uşaq öldü - Video


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən “Fatmayı bağları” adlanan ərazidə qeydə alınıb.
Yolu keçərək avtobusa minmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərov 2002-ci il təvəllüdlü Fəxri Xubyarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən saytımıza təsdiqləyiblər. İdarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova bildirib ki, faktla bağlı araşdırma aparılır:
“Yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur. Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırırıq. Valideynlərdən isə xahiş edirik ki, uşaqları yollarda nəzarətsiz buraxmasınlar. Hər bir valideyn, uşaqları himayə edən qəyyumlar onların gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirsinlər ki, bu cür hallar baş verməsin”.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma