Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sərt karantin günlərində nəqliyyat vasitəsi üçün əlavə icazə alınmalıdırmı? - AÇIQLAMA
Son xəbərlər

Sərt karantin günlərində nəqliyyat vasitəsi üçün əlavə icazə alınmalıdırmı? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən May.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün icazə almamalıdır.
Qeyd edilib ki, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər:
“Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır”.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma