Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Rusiyalı deputat evində güllələndi
Son xəbərlər

Rusiyalı deputat evində güllələndi

Rusiyalı deputat evində güllələndi


Rusiyanın Leninqrad vilayətində Vıborqski rayonundan bələdiyyə deputatı və biznesmen Aleksandr Petrov özünün bağ evində öldürülüb.

Bu barədə "47news" xəbər yayıb.

Bildirilir ki, naməlum şəxs oktyabrın 24-də, axşam saat 6 radələrində Petrovu güllələyib.

Baş verənlərlə bağlı təfərrüat açıqlanmayıb.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başladılıb.

Qeyd edilir ki, yerli media onu dəfələrlə Vıborqskinin qeyri-rəsmi sahibi adlandırıb. Petrov özü belə adlandırılmamağı tələb edib. Bundan sonra media iş adamını #nexozyayin (qeyri-sahib) adlandırmağa başlayıb.(oxu.az)

Rusiyalı deputat evində güllələndi
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma