Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Rüstəm Orucov: "Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm"
Son xəbərlər

Rüstəm Orucov: "Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm"

Rüstəm Orucov: "Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm"


"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".

"Report" xəbər verir ki, bu fikirləri ötən gün Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan Azərbaycan idmançısı Rüstəm Orucov deyib.

"Burada qazandığım mükafatı inşallah əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır", - deyə o əlavə edib.

Qeyd edək ki, cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma