Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sabahdan Suqovuşana gedən avtomobil yollarının bərpasına start veriləcək- AÇIQLAMA
Son xəbərlər

Sabahdan Suqovuşana gedən avtomobil yollarının bərpasına start veriləcək- AÇIQLAMA

Sabahdan Suqovuşana gedən avtomobil yollarının bərpasına start veriləcək- AÇIQLAMA


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

MAY.AZ xəbər verir ki, bu barədə məlumatı Sonxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə sabahdan start veriləcək:

"Düşmən tərəfindən işğal nəticəsində həmin yollar sıradan çıxmışdı. Hələ ötən əsrin 70- ci illərində Ulu öndər Heydər Əliyevin göstərişi əsasında həmin yollar Suqovuşan su anbarı və Talış kəndi istiqamətində çəkilmişdi. Qısa müddətdə çalışılacaq ki, həmin yollar bərpa olunsun".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma