Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Masallıda DƏHŞƏTLİ OLAY: 58 yaşlı qadını...
Son xəbərlər

Masallıda DƏHŞƏTLİ OLAY: 58 yaşlı qadını...

Masallıda DƏHŞƏTLİ OLAY: 58 yaşlı qadını...


Sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini, 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə MAY.AZ-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayətin təfərrüatının müəyyən edilməsi, o cümlədən həmin cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma