Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Şəxsiyyət vəsiqənizin FİN nömrəsini istəsələr, diqqətli olun
Son xəbərlər

Şəxsiyyət vəsiqənizin FİN nömrəsini istəsələr, diqqətli olun

Şəxsiyyət vəsiqənizin FİN nömrəsini istəsələr, diqqətli olun


Bu günlərdə “Telegram” sosial şəbəkəsində DOST Agentliyinin “Könüllü DOST” proqramı adından hesab yaradıldığı aşkar edilib.
Agentlikdən verilən məlumata görə, Bot ilə idarə olunan qeyd edilən hesab aldadıcı kontentə malikdir. Belə ki, burada “Könüllü DOST” proqramına qoşulmaq arzusunda olan vətəndaşların məlumatları toplanılır, onlara könüllülük proqramına qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaqla bağlı sorğu ünvanlanır. FİN nömrə daxil edildikdən sonra 4 seçim təqdim olunsa da, bu seçimlərdən heç biri aktiv deyil. Çünki məqsəd yalnız vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN nömrəsini ələ keçirməkdir. Bununla isə həmin Bot vətəndaşların fərdi məlumatlarına çıxış imkanına malik olur.
Bəyan edirik ki, bu hesabın DOST Agentliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, onun kimlər tərəfindən yaradıldığı və idarə edildiyi bizə məlum deyil, habelə vətəndaşlar DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramına “Telegram” vasitəsi ilə cəlb edilmir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma