Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » İş yerləri açıldıqdan sonra Bakının bu rayonunda yoluxma halları artıb - Rəsmi
Son xəbərlər

İş yerləri açıldıqdan sonra Bakının bu rayonunda yoluxma halları artıb - Rəsmi

İş yerləri açıldıqdan sonra Bakının bu rayonunda yoluxma halları artıb - Rəsmi


Biz artıq infeksiyanın epidemiyasını nəzarət altına almışıq.

Milli.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, son günlər ən çox yoluxma halı Bakının Nəsimi rayonunda baş verib.

"Birinci mərhələdə xəstəlik pərakəndə şəkildə yayılırdı, hər tərəfdə yoluxma müşahidə edirdik. Tətbiq olunan karantin rejimi və aparılan əks epidemik tədbirlər, testi pozitiv çıxan şəxslərlə təmasda olanların aşkarlanması ilə bu məhdudlaşdırıldı.

İndi isə iş yerləri açıldıqca sporadik hallara rast gəlinir. Bu da həmin iş yerlərində yaxın təmasda olanların sosial məsafə gözləməməsi və fərdi qoruyucu vasitələrdən istifadə etməməsi, başqa sözlə desək, məsuliyyətsizliklə əlaqədardır".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma