Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ramil Quliyev: "Qarabağ Azərbaycandır"
Son xəbərlər

Ramil Quliyev: "Qarabağ Azərbaycandır"

Ramil Quliyev: "Qarabağ Azərbaycandır"


"Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik".

"Report" "Fotomac"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan atlet Ramil Quliyev cəbhə bölgəsində baş verənlərlə bağlı danışarkən deyib.

30 yaşlı idmançı bildirib ki, bu, haqq mübarizəsidir: "Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan".

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma