Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » BU TARİXDƏN iri ticarət mərkəzləri və bütün müəssisələr açılacaq - AÇIQLAMA
Son xəbərlər

BU TARİXDƏN iri ticarət mərkəzləri və bütün müəssisələr açılacaq - AÇIQLAMA

BU TARİXDƏN iri ticarət mərkəzləri və bütün müəssisələr açılacaq - AÇIQLAMA


Xəbər verdiyimiz kimi Operativ Qərargahın növbəti yumşalma qərarı ilə bu gündən etibarən metro öz fəaliyyətini bərpa edir. Bu gün hər kəsi maraqlandıran sual bütün müəssisələrin fəaliyyətinin nə zaman bərpa edəcəyidir.

MAY.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, Operativ Qərargah mərhələli şəkildə yumşalmalara gedir:

"Bağlı müəssisələrin bir çoxu da mərhələli şəkildə açılmaqdadır. Əslində bu bir sınaqdır. Yumşalmalardan sonra müşahidələr aparılır. Müşahidələrdən sonra da addımlar atılır. Yaxın günlərdə bütün müəssisələr fəaliyyətini bərpa edəcək. Sadəcə karantin davranışlarına tam əməl edilməlidir.
Bəzi insanlarımız hələ də məsuliyyətini dərk etmir. Maskanı dirsəyə, çənəyə taxırlar. Metroda karantin qaydalarına nəzarət gücləndirilməlidir. Çünki insanlar metrodan kütləvi şəkildə iştirak edir. Ona görə də metropoliten əməkdaşlarının karantin qaydalarına nəzarəti gücləndirməlidir. Qaydaları pozan da cəzalandırılmalıdır. Çünki qaydaları pozan insan anlamalıdır ki, bu təkcə özü deyil, ətrafı üçün də böyük təhlükə yaradır. Payızda vəziyyət bir az ciddiləşəcək. Çünki payızda soyuqdəymə xəstəlikləri artır. Amma payızın sonunda sürətlə virus yoxa çıxacaq".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma