Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Son xəbərlər

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

[center]Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ[/center

Bakı və Abşeron yarımadasında mayın 9-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma