Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakı-Qazax yolunda faciə, sürücü yük maşınının altında qalıb öldü
Son xəbərlər

Bakı-Qazax yolunda faciə, sürücü yük maşınının altında qalıb öldü

Bakı-Qazax yolunda faciə, sürücü yük maşınının altında qalıb öldü


Bakı-Qazax yolunda sürücü bədbəxt hadisə nəticəsində ölüb.

BiG.AZ Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun 191-ci kilometrliyində, yolun Kürdəmir rayonun ərazisindən keçən hissəsində baş verib.

Astara rayon sakini, 1977-ci il təvəllüdlü Bayramov İlham Nail oğlu idarə etdiyi "Mercedes" markalı 99 ZA 799 dövlət nömrə nişanlı yük maşınında nasazlıq yaranıb.

Sürücü yük maşınını yolun kənarında saxlayaraq qaldırıcı qurğu ilə maşını qaldırıb. Daha sonra o nasazlığı aradan qaldırmaq üçün maşının altında işləyərkən avtomobil qaldırıcı qurğudan düşüb. Nəticədə sürücü maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma