Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » 27 yaşlı oğlanı başından bıçaqladılar
Son xəbərlər

27 yaşlı oğlanı başından bıçaqladılar

27 yaşlı oğlanı başından bıçaqladılar


Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

BiG.AZ apa-ya istinadən bildirir ki, K. Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Arteriya damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağırdır.

Keçirilən əməliyyatla hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma