Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda qayınata və kürəkəni bıçaqlayanlar tutuldu
Son xəbərlər

Bakıda qayınata və kürəkəni bıçaqlayanlar tutuldu

Bakıda qayınata və kürəkəni bıçaqlayanlar tutuldu


Fevralın 17-də saat 21 radələrində Binə qəsəbəsində yaşayan Səyyad Hüseynov, Elçin Əhmədov və qayınatası Azər Həsənovun kəsilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Bununla bağlı Daxili İşlər Nazirliyindən BiG.AZ-a daxil olan məlumatda deyilir.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün qəsəbə ərazisində onlarla qəsəbə sakinləri Elnur Bağırzadə və onun qardaşı, əvvəllər məhkum olunmuş Rəşad arasında münaqişə baş verməsi, bu zaman onların xuliqanlıq zəminində biri-birilərinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Əhmədov, S.Hüseynov, E.Bağırzadə və Rəşad saxlanılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma