Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bulvarda Yeni illə bağlı hazırlıq tədbirləri başladı
Son xəbərlər

Bulvarda Yeni illə bağlı hazırlıq tədbirləri başladı

Bulvarda Yeni illə bağlı hazırlıq tədbirləri başladı



Dənizkənarı Milli Park ərazisində qış mövsümünə hazırlıq işlərinə başlanılıb.

Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə ağaclarda və kollarda budama işləri aparılır:

"Yaşıllıqlara və ağaclara gübrələr verilir. Soyuğa davamsız nadir ağacların üzəri xüsusi formada bağlanılır. Kaktus bağçasının üzəri bağlanılır. Ərazidə çalışan əməkdaşlar qış mövsümünə uyğun uniformalarla təmin olunur. Texnika saz vəziyyətə gətirilib. Müvafiq təmir-bərpa işləri aparılır. Qış fəsli üçün səciyyəvi olan mövsümi çiçəklərin yerləri hazırlanır. Qışda həmin çiçəklərin əkilməsi nəzərdə tutulur. Bulvar ərazisində quşların daldalanması üçün yeni yuvalar asılır".

G. Yelmarqızı qeyd edib ki, artıq bulvar ərazisində Yeni ilə hazırlıqla bağlı tədbirlər görülür:

"Neftçilər prospekti boyu ağacların bəzədilməsi işlərinə artıq start verilib. Ərazidə ayrı-ayrı kompozisiyaların qurulmasına hazırlıq işləri başlanılıb".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma