Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Güclü külək yenə Bakıda ağacları aşırdı - Biri avtomobilin üzərinə düşdü
Son xəbərlər

Güclü külək yenə Bakıda ağacları aşırdı - Biri avtomobilin üzərinə düşdü

Güclü külək yenə Bakıda ağacları aşırdı - Biri avtomobilin üzərinə düşdü


Ötən gecə Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində 3 ağac aşıb.

MAY.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hadisə nəticəsində 1 avtomobilə ziyan dəyib:

"Hadisə Nərimanov və Nəsimi rayonları ərazisində baş verib. 2 ağac Nərimanov rayonunda, 1 ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri fərdi avtomobilə ziyan vurub. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".

O.Məmmədov bildirib ki, paytaxtda bir neçə gün davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlar diqqətli olmalı, ağaclara yaxın ərazidə avtomobil saxlamamalı, dayanmamalıdırlar:

"Çünki intensiv yağışlar nəticəsində torpaq qatı yumşalır və güclü külək ağacları asanlıqla aşıra bilir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma