Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Range Rover"də oğurluq edən tutuldu
Son xəbərlər

"Range Rover"də oğurluq edən tutuldu

"Range Rover"də oğurluq edən tutuldu


Noyabrın 1-nə keçən gecə paytaxtın Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olmuşdur.

DİN-dən MAY.AZ-a verilən məlumata görə, ​Məlumatla əlaqədar Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

​Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 1-nə keçən gecə Y.Vəzirov və N.Məlikov küçələrində “Range Rover” markalı avtomobildən videoqeydiyyat qurğusu, “KİA” markalı avtomobildən içərisində 700 manat olan pulqabı və “Ford” markalı avtomobildən 2 ədəd çanta oğurlaması da müəyyən edilib.

​Nəsimi RPİ-də araşdırma aparılır.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma