Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Çörəyə şokolad sürtmək üstündə dava düşdü, qardaş bacını döyüb, öldürdü
Son xəbərlər

Çörəyə şokolad sürtmək üstündə dava düşdü, qardaş bacını döyüb, öldürdü

Çörəyə şokolad sürtmək üstündə dava düşdü, qardaş bacını döyüb, öldürdü


Bacı qardaş arasında çörəyə şokolad yağı çəkmək üstündə yaranan mübahisə ölümlə nəticələnib.

Hadisə Türkiyənin Afyonkarahisar şəhərinin Dördyol qəsəbəsində baş verib.

Mətbəxdə bacı ilə qardaş arasında çörəyə şokolad yağı sürtmək üstündə dava düşüb. Qardaşına əsəbləşən 12 yaşlı Sude Naz onun eynəyini vuraraq yerə salıb. Nəticədə 21 yaşlı O.A özündən çıxıb. O, bacısını huşu itənə qədər döyüb.

Uşaqlarının səsinə gələn valideynləri qızın huşsuz vəziyyətdə uzandığını görüb, təcili tibbi yardım çağırıblar. 12 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

21 yaşlı O.A saxlanılıb. Onun psixoloji problemlərinin olduğu iddia edilir.(milli)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma