Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR
Son xəbərlər

Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR

Baş nazirdən bu şəxslərin maaşı ilə bağlı - QƏRAR


Baş nazir Novruz Məmmədov ədliyyə orqanları işçilərinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi barədə qərar imzalayıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənsin.

Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Bildirək ki, qərar Prezidentin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

Xatırladaq ki, bu ilin iyun ayının 18-də Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma