Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Həbibin döydüyü idmançı ağladı: Hazır idim...
Son xəbərlər

Həbibin döydüyü idmançı ağladı: Hazır idim...

Amerikalı döyüşçü Dastin Porye rusiyalı idmançı Həbib Nurməhəmmədova məğlubiyyətindən dərhal sonra emosional açıqlama verib.

Axar.az xəbər verir ki, Porye döyüşə yaxşı hazırlaşdığını deyib.

“Mən bilirdim ki, o mənə hücum edəcək. Döyüşə hazırlaşanda, heç bir küncü kəsmədən, hər şeyimi döyüşə verirdim. Mənə elə gəlirdi ki, bütün karyeram yalnız bu döyüş üçündür. Yəqin ki, mən daha çox şey edə bilərdim. Mən həqiqətən hazır idim. İndi hər səhər yuxudan oyanıb, güzgüyə baxıb, bu döyüşün nəticələrini xatırlayacağam”, – deyə o bildirib.

Porye açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, tərəflər arasında UFC titulunu qorumaq uğrunda döyüş şənbə günü Əbu-Dabidə baş tutub. Döyüş Nurməhəmmədovun üçüncü raunddakı boğucu fəndindən dərhal sonra dayandırılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma