Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Oğru gecə saat 4-də girdiyi evdə özünə yemək bişirdi
Son xəbərlər

Oğru gecə saat 4-də girdiyi evdə özünə yemək bişirdi

ABŞ-da qəribə oğurluq hadisəsi baş verib.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında gecə saatlarında evə girən oğru özü üçün səhər yeməyi hazırlayıb.

Fox 13 yazır ki, ev sahibinin dediyinə görə, gecə saat 4-də səsə ayılanda evdə başqa adamın olduğunu bilib. O, səsə doğru getdikdə mətbəxdə cavan oğlanın özünə yemək hazırladığını görüb. Ev sahibinin iddiasına görə, oğru ona "get yat" sözünü də deyib. O, 911-ə zəng vuran zaman oğru evdən qaçıb.

Polis evə girən şəxsi saxlayıb. Polisin verdiyi məlumata görə, 19 yaşlı oğlan həmin vaxt spirtli içkinin təsiri altında olub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma