Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Yük avtomobillərinə məhdudiyyət qoyulur
Son xəbərlər

Yük avtomobillərinə məhdudiyyət qoyulur

Yük avtomobillərinə məhdudiyyət qoyulur


15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Bakı şəhər Baş Polis İdarəsindən BiG.AZ-a verilən məlumata görə, bu mötəbər beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakı şəhərində süni sıxlığın yaranmaması məqsədilə yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, müvəqqəti olaraq, yəni iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin.

Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük avtomobillərinin şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir.

Yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələri tövsiyə olunur.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma