Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Çimərliyə getmək istəyənlər diqqət - HAVA PROQNOZU açıqlandı
Son xəbərlər

Çimərliyə getmək istəyənlər diqqət - HAVA PROQNOZU açıqlandı

Çimərliyə getmək istəyənlər diqqət - HAVA PROQNOZU açıqlandı


Həftəsonu çimərliyə getmək istəyənlərin sayı çox olsa da, bugünkü hava şəraiti buna o qədər də imkan verməyəcək.

BiG.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 iyul üçün yaydığı proqnoza görə, Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Dənizə gedərkən mövcud küləyi nəzərə almaq tövsiyə edilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma