Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Müəllimlərin işə qəbuluyla bağlı YENİLİK
Son xəbərlər

Müəllimlərin işə qəbuluyla bağlı YENİLİK

Müəllimlərin işə qəbuluyla bağlı YENİLİK


Aprelin 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.

Təhsil Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, bu mərhələdə 2017-2018-ci və 2018-2019-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma