Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı
Son xəbərlər

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti,Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gecə və səhər ayr-ayrı yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma