Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEO
Son xəbərlər

Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEO

Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEO


Dünyanın bir neçə regionunda anomal hava şəraiti müşahidə olunur.

MAY.AZ xəbər verir ki, bu haqda REN TV məlumat yayıb.

İsraildə nadir hallarda qarlı yağıntı baş verir. Lakin ötən günlərdə ölkənin bir çox şəhər və kəndlərinə güclü qar düşüb. Yolların ağ örpəyə bürünməsi bir çox yerlərdə nəqliyyatın hərəkətini iflic edib. Anomal aşağı temperatur bircə zəvvarlara mane olmayıb. Onlar heç nəyə baxmayaraq, Qüdsün “Ağlama divarında” ibadətlərini davam etdirib.

Soyuq qış Misiri də qəfil yaxalayıb: ölkənin şimalında anti-siklona görə güclü qum qasırğası tüğyan edir. Artıq ölənlərin olduğu deyilir. Yaxın çevrədə yaşayan sakinlərə evlərində qalmaları tapşırılıb, Aralıq dənizi və Qırmızı dənizdə gəmi reysləri məhdud görmə şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.

ABŞ-ın günəşli Kaliforniya ştatına isə qatı duman düşüb. Məhdud görmə şəraitinə görə avtomagistralların birində 19 maşın toqquşub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma