Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » SON DƏQİQƏ – Bakı metrosunda həyəcanlı anlar
Son xəbərlər

SON DƏQİQƏ – Bakı metrosunda həyəcanlı anlar

SON DƏQİQƏ – Bakı metrosunda həyəcanlı anlar


Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər. Verilən məlumata görə, metronun “Sahil” stansiyasında eskalator qəfil dayanıb. Bu zaman stansiyadan çıxan sərnişinlər panika yaşayıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Baku.ws-ə açıqlamasında bildirib ki, “Sahil” stansiyasında 3-cü eskalator qəfil dayanıb.

“Dərhal digər eskalator işə salınıb. Araşdırmalardan sonra hadisənin səbəbi məlum olacaq”, - deyə B.Məmmədov bildirib.

Hadisə zamanı xəsarət alan olmayıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma