Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Mübariz İbrahimovu təhqir edən psixoloq ÜZR İSTƏDİ - VİDEO
Son xəbərlər

Mübariz İbrahimovu təhqir edən psixoloq ÜZR İSTƏDİ - VİDEO

Mübariz İbrahimovu təhqir edən psixoloq ÜZR İSTƏDİ - VİDEO


"Mən ancaq üzrü Mübariz İbrahimovun ailəsindən istəyirəm".

MAY.AZ xəbər verir ki, bunu Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə facebook-da canlı yayım zamanı bildirib.

O vurğulayıb ki, bu gün Mübariz İbrahimovun atasının müsahibəsini gördükdən sonra bu qərara gəlib: "Çox təəssüf ki, onun atasına "Sənin oğlun qatildir deyib" deyə bildiriblər. Bu acınacaqlıdır. Mən heç kimin oğluna qatil deməmişəm. Ümumiyyətlə, statusumda və videomda elə bir cümlə yoxdur. Təəssüf ki, ata oğlu haqqında bunu eşidəndə yanlış düşünə bilər. Düşünər ki, oğlunun şərəf və ləyaqətini alçaldıblar. Mən heç kimin şərəf və ləyaqətini alçaltmamışam. Anlayıram ki, ata yaralıdır. Oğul itirib. Oğul itirən bir insana "Sənin oğluna qatil deyiblər" kimi yalan informasiya verib, müsahibə almaq heç də etik deyil. Əgər bu xəbər Mübariz İbrahimovun atasını incidibsə onun ailəsindən və valideynlərindən üzr istəyirəm. Mən ancaq üzrü Mübariz İbrahimovun ailəsindən istəyirəm. Çünki onlara çatdırılan informasiya təhrif edilib".

Aysel Yusifqızı
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma