Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bu qurum LƏĞV OLUNDU
Son xəbərlər

Bu qurum LƏĞV OLUNDU

Bu qurum LƏĞV OLUNDU


Gürcüstan Milli Təhlükəsizlik Şurası ləğv olunub.

MAY.AZ report-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili konstitusiyaya müvafiq dəyişiklikləri imzalayıb.

Yeni prezidentin inauqurasiyasından sonra qüvvəyə minəcək dəyişikliklərə əsasən, dövlət başçısı yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.

Gürcüstan Prezidentinin parlament üzrə nümayəndəsi Ana Natsvlişvili bildirib ki, G.Marqvelaşvilinin çoxsaylı müraciətlərinə baxmayaraq, Milli Təhlükəsizlik Şurasına alternativ orqan yaradılmayıb.

Qeyd edək ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası ölkənin milli hərbi strategiya və müdafiə sisteminin təşkili məsələləri ilə məşğul olurdu. Şuranın həmçinin ölkədə hərbi və ya fövqəladə vəziyyət elan etmək səlahiyyəti də var idi.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma