Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » ABŞ ordusu bu tarixdə III Dünya müharibəsinə başlayacaq – ƏSAS MƏKAN AÇIQLANDI
Son xəbərlər

ABŞ ordusu bu tarixdə III Dünya müharibəsinə başlayacaq – ƏSAS MƏKAN AÇIQLANDI

ABŞ ordusu bu tarixdə III Dünya müharibəsinə başlayacaq – ƏSAS MƏKAN AÇIQLANDI


Praktik olaraq Amerika hərbi qulluqçularının yarısı əmindir ki, ABŞ növbəti ildə genişmiqyaslı müharibəyə cəlb ediləcək.

MAY.AZ publika.az-a istinadən xəbər verir ki, bunu “Military Times” portalı tərəfindən dərc edilmiş sorğunun nəticələri göstərir.

Rəyi soruşulanların 46 faizi əmindir ki, genişmiqyaslı toqquşma 2019-cu ildə olacaq. 2017-ci ildə isə belə düşünənlərin sayı cəmi 5 faiz idi. Respondentlərin 50 faizi güman edir ki, ABŞ hərbi münaqişədə iştirak etməyəcək. Qalan 4 faiz hərbçi isə cavab verməkdən çəkinib.

Rəyi soruşulanların əksəriyyəti hesab edir ki, Moskva və Pekin ABŞ üçün əsas təhlükəni təşkil edir. Xüsusi halda, 71 faiz respondent Rusiyanı təhlükəli adlandırır.

Həmçinin nəşr bildirir ki, kiberhücumlar Amerika hərbçiləri üçün əsas təhlükəni təşkil edir.

Rusiyada isə “Levada Mərkəzi”nin keçirdiyi sorğuya əsasən rusiyalıların 50 faizi Suriyada vəziyyətlə əlaqədar Üçüncü Dünya müharibəsinin başlanması təhlükəsini görürlər. Onların fikrincə, Suriyaya vəziyyətlə bağlı Qərb və Rusiyanın indiki münasibətlərin gərginləşməsi dünya müharibəsinə keçə bilər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma