Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda qanlı dava: Polis leytenantı bıçaqlandı - FOTO
Son xəbərlər

Bakıda qanlı dava: Polis leytenantı bıçaqlandı - FOTO

Bakıda qanlı dava: Polis leytenantı bıçaqlandı - FOTO


Nəsimi rayonunda kafedə dava zamanı iki nəfər bıçaq xəsarətləri alıb.

Report – un xəbərinə görə, hadisə “Nihat” kafesində baş verib.

Belə ki, 22 yaşlı Abdullayev Nazir Xəqani oğlu kafedə mübahisə edib. O, 24 yaşlı İsgəndərli Seymur Ədalət oğlu ilə əlbəyaxa dava edib.

Dava zamanı S.İsgəndərli bıçaqlanıb. S.İsgəndərli N.Abdullayevə müqavimət göstərərkən onun ayağına xəsarət yetirib. Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Verilən məlumata görə, yaralılardan S.İsgəndərli Nizami RPİ-də polis leytenantı kimi fəaliyyət göstərir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma