Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Arvadı oyun həvəskarı olan ərini öldürdü
Son xəbərlər

Arvadı oyun həvəskarı olan ərini öldürdü

Arvadı oyun həvəskarı olan ərini öldürdü


Rusiyada oyun həvəsi kişinin ölümünə səbəb olub.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, Kostromskiy vilayətində 34 yaşlı kişini 38 yaşlı həyat yoldaşı ürəyindən bıçaqlayaraq öldürüb. Cinayətə kişinin oyun həvəskarı olması səbəb olub.

Cütlük kişinin bütün günü kompüterdə oyun oynamasına görə mübahisə edib. Bu zaman qadın bıçağa əl ataraq kişini ürək nahiyəsindən bir neçə dəfə bıçaqlayıb.

Hadisə 9 yaşlı qızlarının gözü qarşısında baş verib. 38 yaşlı qadın cinayəti etiraf edib, onu 15 ilədək həbs gözləyir. Ailənin 2 azyaşlı uşağının olduğu qeyd edilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma