Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Metroda qatar adam vurub
Son xəbərlər

Metroda qatar adam vurub

Metroda qatar adam vurub


Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.

IstiPress-in məlumat;na görə, saat 13:41-də metronun "Neftçilər" stansiyasında qatar platformada dayanan gənci vurub.

Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: "Bu gün saat 13:41-də "Neftçilər" stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Müşahidə kameralarına baxılıb və məlum olub ki, qatar stansiyaya daxil olan anda sərnişin digər sərnişinlərin önünə keçərək qatara birinci daxil olmaq istəyib. Həmin anda sərnişin hüdud səddini keçdiyindən qatarın güzgüsü sərnişinin qoluna dəyib. Nəticədə sərnişin yerə yıxılıb, eynəyinin güzgüsü onun alnını kəsib. Hadisə stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin, 1996-cıil təvəllüdlü Orxan Qurbanov təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma